11:18
987
İran Yaxın Şərqdə yerləşən və İran ərazisinə hücumlar həyata keçirilən ABŞ hərbi bazalarına cavab zərbələrini davam etdirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şərif ilə söhbəti zamanı bildirib.
Pezeşkian deyib:
“İran İslam Respublikasının region ölkələrinə zərbə endirmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur. Yalnız ərazimizə hücumların həyata keçirildiyi bazalar özünümüdafiə hüququ çərçivəsində hədəfə alınacaq.”
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məryəm Quliyeva