11:52
1 015
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei xəsarət alıb, lakin özünü yaxşı hiss edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai bildirib.
"O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Üç-dörd nəfər yeni ali lider vəzifəsi uğrunda mübarizə aparırdı, amma Ekspertlər Şurasının əksəriyyəti onu seçdi", - deyə o, İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.