15:52
1 337
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə edilən İran hücumları nəticəsində zərərçəkənlərin sayı 178 nəfərə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki gündəlik hesabatında məlumat verilib.
"178 nəfər yüngül, orta və ağır dərəcəli müxtəlif xəsarətlər alıb", — deyə bəyanatda bildirilir. Yaralananlar arasında təxminən otuz ölkənin nümayəndəsi var. BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, onların arasında Rusiya vətəndaşı yoxdur. Cümə günü 171 yaralanma halı barədə məlumat verilmişdi.
Nazirlik qeyd edir ki, İran hücumları nəticəsində BƏƏ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu, silahlı qüvvələr tərəfindən işə götürülmüş bir Mərakeş təbəəli mülki şəxs və Pakistan, Nepal, Banqladeş və Hindistan vətəndaşı olan səkkiz dinc sakin həlak olub.
Məryəm Quliyeva