Ömər Bolat: "İsrailə 'yox' demədən sülh mümkün deyil" Gündəm

Ömər Bolat: "İsrailə 'yox' demədən sülh mümkün deyil"

Yaxın Şərqdə davamlı sülhün bərqərar olması beynəlxalq birliyin İsrailin bölgədəki hərəkətlərinə "yox" deməsini tələb edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat bəyanat verib.

"Əgər ABŞ prezident Donald Trampın atəşkəs elanından sonra bəyan etdiyi kimi Yaxın Şərqdə davamlı və sabit sülh istəyirsə, kimsə İsrailə 'yox' deməlidir. Beynəlxalq birlik artıq ayağa qalxmalı və İsrailin bölgədəki ədalətsiz hərəkətlərinə 'yox' deməlidir", — deyə o, "Euronews" telekanalına müsahibəsində bildirib.

Məryəm Quliyeva