Hüseyn Hüseynov: 9 ayda qeyri-neft və qaz sektoru iqtisadiyyatımızın 70 faizini təşkil edib
İtaliya bir ilə yaxındır ki, Ukraynaya hərbi yardım göndərmir
UNESCO hökumətləri qadınların qərarvermə prosesində iştirakını genişləndirməyə çağırıb
Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
10 Aprel 12:32
4 242
“Komitə iclasında da qeyd olundu, burada qeyd olunur-süni intellektdən istifadə etməklə hansısa videomaterial hazırlama. Burda əslində hazırlama cinayətə hazırlıq kimi nəzərdə tutulur. Ona görə hazırlama məsuliyyət yaradır”.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Komitə iclasında da qeyd olundu, əgər kiminsə onu yaymaq məqsədi yoxdursa, tutaq ki, özü üçün öz kompüterində nəsə bir iş görürsə, bu başqa bir məsələdir. Amma biri də var orada hazırlıq işlərindən söhbət gedir. Bir çox hallarda cinayətə hazırlıq həm də cinayət məsuliyyəti yaradır. Baxmayaraq ki, onun qarşısı alınır, tutaq ki, həmin cinayət baş vermir. Yəni istədim ki, deputat həmkarlarımız da yəni bunun fərqinə varsınlar”.