Baş katib Azər Allahverənov qazaxıstanlı dövlət qulluqçuları üçün təlim keçirib
İran səfiri: "Yalnız 10 bəndlik planımız qəbul edilərsə müharibə dayanacaq"
“AzerGold” İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
“Cərimələrin həddi ölkələrin inkişaf səviyyəsinə görə fərqli olur”- Qüdrət Həsənquliyev
12:25
588
İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək.
Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək.
Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq.