16:41
938
ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadasını təmin etmək üçün Oman körfəzi və Ərəb dənizində fəaliyyət göstərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) gəmiçilik şirkətləri üçün yaydığı tövsiyəsinə istinadən məlumat verib.
Məlumata görə, blokada bazar ertəsi saat 17:00-da qüvvəyə minəcək. "İcazəsiz blokada zonasına daxil olan və ya oradan çıxan hər hansı gəmi dayandırıla, kursundan yayındırıla və ələ keçirilə bilər", — deyə məlumatda bildirilir.
CENTCOM dəqiqləşdirib ki, blokada "limanlar və neft terminalları daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq İranın bütün sahil xəttini" əhatə edəcək. Eyni zamanda, komandanlıq vurğulayıb ki, humanitar yüklərin, o cümlədən qida məhsulları, dərman və digər zəruri malların daşınmasına gəmilərin yoxlanışdan keçməsi şərti ilə icazə veriləcək.
Məryəm Quliyeva