07:56
665
ABŞ və İran arasındakı növbəti danışıqlar raundu Cenevrə və ya İslamabadda baş tuta bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər təkrar görüşün Pakistan paytaxtında keçirilməsi imkanlarını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar raundu üçün mümkün məkan kimi Cenevrənin adını çəkirlər.
Qeyd olunur ki, hələlik İran və Amerika nümayəndələrinin görüş vaxtı və yeri dəqiq müəyyən edilməyib, lakin yeni danışıqlar raundunun artıq aprelin 16-da keçirilmə ehtimalı var.
Məryəm Quliyeva