15:00
1 106
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, İrana qarşı Avropa sanksiyalarının ləğvini vaxtından əvvəl atılmış addım adlandırıb və qeyd edib ki, Avropa İttifaqı (Aİ) əvvəlcə Tehranın "davranışında fundamental dəyişiklik" görmək istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Berlində keçirilən mətbuat konfransında bəyanat verib.
"Biz əvvəlcə İranın davranışında fundamental dəyişikliklər görməliyik, ona görə də sanksiyaların ləğvi hələlik tezdir", — deyə Avropa Komissiyasının rəhbəri bildirib.
İrana qarşı tətbiq olunan sanksiyalar çərçivəsində Aİ ölkənin bir neçə yüz fiziki və hüquqi şəxsini "qara siyahı"ya daxil edib. Bu, həmin şəxslərin Avropadakı aktivlərinin dondurulmasını və Aİ ərazisinə girişinə qadağa qoyulmasını nəzərdə tutur.
Məryəm Quliyeva