15:46
735
Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti aprelin 26-da Göygöl və Şəmkir rayonlarında olublar.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Göygöl rayonunda Almaniya Bundestaqının deputatı, işçi qrupunun rəhbəri Edis Mirze, deputatlar Daniel Köbl, Macit Karaahmetoğlu, Harald Ebner və Sergey Minix rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüblər, rayonun tarixi-mədəni irsi və Azərbaycan-Almaniya əlaqələri barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun tarixi məkanları ilə də tanış olublar.
Şəmkir rayonuna gələn qonaqlar burada rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüblər, almanların bu rayonda məskunlaşmasının tarixi, Şəmkirdəki alman irsi barədə söhbət aparıblar. Sonra qonaqlar Şəmkirdə kilsə ilə tanış olublar, qızılgül plantasiyasına baş çəkiblər.
Qonaqları Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann və digər rəsmi şəxslər müşayiət ediblər.
17:18
280
17:10
847
16:22
686