20:46
644
ABŞ Avropa İttifaqından (Aİ) idxal edilən sərnişin və yük avtomobillərinə tətbiq edilən rüsumları 25%-ə qədər artıracaq.
Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
“Məmnuniyyətlə bildirirəm ki, Avropa İttifaqının tam razılaşdırılmış ticarət sazişimizə əməl etməməsi faktına əsaslanaraq, gələn həftə ABŞ-a gələn avtomobil və yük maşınları üçün Avropa İttifaqına tətbiq olunan tarifləri artıracağam. Tarif 25%-ə qədər artırılacaq”, - Tramp yazıb.
Tramp onu da qeyd edib ki, əgər Avropa şirkətləri ABŞ-da avtomobil və yük avtomobili istehsal etsələr, heç bir rüsum tətbiq olunmayacaq.
Tramp qeyd edib ki, ABŞ-da hazırda bir çox avtomobil zavodları tikilir və bu sahəyə 100 milyard dollardan çox investisiya qoyulur.