Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
DİN: Bakıda məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb
“Azərbaycan hər zaman öz milli maraqlarını qətiyyətlə müdafiə edib”
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
18:05
616
Azərbaycan Respublikası BMT miqyasında ikinci ən böyük tədbir olan XIII Ümumdünya Şəhərsalma Forumu ev sahibliyi edəcək. Bu forumda müxtəlif ölkələrdən minlərlə nümayəndənin iştirakı nəzərdə tutulur.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Burada Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətə təqdim edəcəyi böyük imkanlar və böyük təcrübə var. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası dünyada postmünaqişə şəraitində bu sayda şəhər, kənd və qəsəbələri bərpa edən, tikən, onlara həyat qaytaran ölkədir. Burada şəhərsalmanın ən müasir metodologiyası, ən müasir yanaşmaları tətbiq edilir. Hesab edirik ki, bu, çox uğurlu bir təcrübə olacaq. Azərbaycan öz unikal təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək”, - Prezidentin köməkçisi qeyd edib.
Hikmət Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan Respublikası postmünaqişə şəraitində unikal bərpa-quruculuq modelini təqdim edir: "Diplomatik korpusun, ümumiyyətlə, beynəlxalq ictimaiyyətin də rəyi bundan ibarətdir. Dünyanın heç bir bölgəsində belə bir təcrübə yoxdur. O mənada ki, Azərbaycan Respublikası öz daxili maliyyə imkanları, özünün inzibati resursları hesabına qısa müddət ərzində bu cür bərpa-quruculuq işlərini həyata keçirib”.
18:06
609
17:44
763
17:41
665