Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
DİN: Bakıda məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb
“Azərbaycan hər zaman öz milli maraqlarını qətiyyətlə müdafiə edib”
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
17:32
875
İranla ABŞ arasında baş verən hərbi qarşıdurmanın maliyyə yükü ilə bağlı açıqlanan rəqəmlər müxtəlif mərhələlərdə dəyişkənlik göstərir və real xərclərin daha yüksək ola biləcəyi istisna edilmir.
Bunu “Xalqcebhesi.az”a açıqlamasında politoloq Əli Mustafa bildirib.
O qeyd edib ki, müharibə xərcləri təkcə silah və sursatdan ibarət deyil, eyni zamanda hərbi qüvvələrin yerləşdirilməsi, bahalı texnikadan istifadə və əməliyyatların davam etdirilməsi ciddi maliyyə tələb edir: “Bəzən əvvəl 50–60 milyard dollar kimi rəqəmlər səsləndirilsə də, sonradan rəsmi olaraq 25 milyard dollar açıqlanıb”.
Politoloqun sözlərinə görə, bu fərqlər həm informasiya siyasəti, həm də ictimai rəyə təsir məqsədi daşıya bilər: “Dövlətlər bəzən xərcləri ya azaldır, ya da fərqli təqdim edir”.
O əlavə edib ki, İranın daha yüksək rəqəm səsləndirməsi həm də siyasi mesaj xarakteri daşıyır və ABŞ-a zərər vurulduğu fikrini ön plana çıxarmağa xidmət edir.
E.Xalidbəyli vurğulayıb ki, real xərclərin tam hesablanması çətindir və faktiki rəqəmlərin açıqlanandan daha yüksək olması ehtimalı istisna edilmir.
Günel Elxan
18:06
581
18:05
588
17:44
735