10:15
630
"Qarabağa hər səfərimdə bölgədəki dəyişikliklər məni heyrətləndirir".
Bunu APA-nın Qarabağa ezam olunmuş əməkdaşına Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.
“Qarabağa hər dəfə gələndə burada aparılan bərpa işlərinin tempinə heyran qalırıq və buna sevinirik”, - diplomat vurğulayıb.
Səfir Xocalıda yaradılan memorial kompleksin xüsusi tarixi əhəmiyyət daşıdığını bildirib.
“Xocalı faciəsi qurbanlarının xatirəsinə yaradılan memorial kompleksi gördük. Bu, çox yaxşı ideyadır və gələcək nəsillərin həmin hadisələri unutmaması baxımından mühüm əhəmiyyət daşıyır”, - o qeyd edib.
Diplomat Şuşada inşa olunan yeni məscidin layihəsini də yüksək qiymətləndirib: “Hazırda tikilən yeni məscidi gördük. Layihəsi və dizaynı heyrətamizdir”.
Səfir Şuşadakı Xalça Muzeyinin filialına səfər etdiklərini qeyd edərək Azərbaycanın zəngin mədəni irsinin bölgədə geniş şəkildə nümayiş etdirildiyini vurğulayıb.
Bahrom Aşrafxanov Qarabağ Universitetində aparılan inkişaf prosesinə də diqqət çəkib: “Biz Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Qarabağ Universiteti bu baxımdan xüsusi yer tutur. İstəyirik ki, özbək tələbələr burada təhsil alsınlar. Təhsil və yaşayış üçün burada çox yaxşı şərait yaradılıb”.
Səfir əlavə edib ki, Xankəndi sürətlə inkişaf edir və şəhərdə artıq yeni həyat hiss olunur: “Tələbələrin gözlərindəki işığı görmək onu göstərir ki, universitet artıq mədəni və canlı bir mühitə çevrilir”.
10:50
518
10:38
574
10:37
651