Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
DİN: Bakıda məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb
“Azərbaycan hər zaman öz milli maraqlarını qətiyyətlə müdafiə edib”
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
17:41
651
Xatırladım ki, Ermənistan Baş nazirinin müavini və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ şəhərində səfərdə olmuşdu və orada ikitərəfli gündəliklə əlaqədar məsələlər, eləcə də ticarət, iqtisadi məsələlərlə bağlı, sərhədlərin delimitasiyası-demarkasiyası məsələləri müzakirə olunmuşdu.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinə münasibət bildirərkən deyib.
“Baş nazirin müavini Şahin Mustafayevin və onun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri də burada qarşılıqlılıq prinsipinə riayət edilərək həyata keçirilib. Səfər nəticəsində mətbuata verilmiş məlumatda qeyd olunduğu kimi, burada müxtəlif məsələlər, o cümlədən iki ölkə arasında normallaşma gündəliyinin tərkib hissəsi olaraq ticarət münasibətləri, həmçinin, sərhədlərin delimitasiyası-demarkasiyası və digər məsələlər də müzakirə olunub. Hesab edirik ki, bu qəbildən olan qarşılıqlı səfərlər bundan sonra da həyata keçiriləcək”, - Hikmət Hacıyev vurğulayıb.
18:06
595
18:05
609
17:44
756