Tehran Yaxın Şərqdə yeni təhlükəsizlik strukturu qurmaq istəyir
Çin XİN rəhbəri: İranın atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var
ABŞ bəzi İraq rəsmilərini terrorçuları dəstəkləməkdə ittiham edib
Əraqçi: İran münaqişənin həlli üçün ABŞ ilə ədalətli saziş bağlamağa hazırdır
AMB sədri: "Bank BTB"nin depozit portfelinin böyük hissəsi ABB-yə ötürülüb
12:55
483
ABŞ-ın Bağdaddakı səfirliyi hesab edir ki, İraq hökumətinin bəzi nümayəndələri terror qruplaşmalarına aktiv dəstək verir və onlara respublikadakı Amerika obyektlərinə yeni hücumların hazırlanmasında kömək edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə səfirliyin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda qeyd olunur: "İraq hökuməti ilə əlaqəli bəzi ünsürlər ölkədəki terror qruplaşmalarına aktiv siyasi, maliyyə və əməliyyat dəstəyi verməyə davam edir".
Səfirlik hesab edir ki, yaxın vaxtlarda İraqın silahlı qruplaşmaları tərəfindən ABŞ ilə əlaqəli obyektlərə yeni hücumların təşkili mümkündür. Xüsusilə İraq Kürdüstanında təhlükənin artdığı vurğulanır. Bununla əlaqədar olaraq, diplomatik nümayəndəlik öz vətəndaşlarına Bağdaddakı səfirliyə və ya Ərbildəki baş konsulluğa şəxsən müraciət etməməyi tövsiyə edir.
Məryəm Quliyeva