“Şimali Koreya ABŞ-a birbaşa nüvə təhlükəsi yaşadacaq tək ölkədir“ Dünya

“Şimali Koreya ABŞ-a birbaşa nüvə təhlükəsi yaşadacaq tək ölkədir“

"Şimali Koreya ABŞ-a birbaşa nüvə təhlükəsi yaşadacaq tək ölkədir və bunu heç kəs inkar edə bilməz". Bunu ölkənin Əmək Partiyasının üzvləri qarşısında çıxış edən Şimali Koreya lideri Kim Çen İn deyib. Onun sözlərinə görə, Şimali Koreyanın Silahlı Qüvvələrinin inkişafı ABŞ-ı daim təhlükə qorxusu ilə üz-üzə qoyur: "Nüvə silahının inkişafı Şimali Koreyanı dünya siyasətinə və strateji vəziyyətə təsir edə biləcək nəhəng qüvvəyə çevirir. Bizim bu sferada təsir gücümüz olduqca böyükdür. Heç kəs inkar edə bilməz ki, Şimali Koreya Respublikası ABŞ-a birbaşa nüvə təhlükəsi yaşatmağa qadır olan ölkədır. Biz bunu sübut etdik. Şimali Koreya beynəlxalq səviyyədə tətbiq edilən sanksiyalara baxmayaraq, ABŞ-a meydan oxumağa qadir olacaq gücə sahib olub".
Noyabrnda rəsmi Pxenyanın növbəti raket buraxılışını həyata keçirməsi ilə Şimali Koreya yarımadasında vəziyyət kəskinləşib. Şimali Koreya nümayəndələri ABŞ ərazisinə çata biləcək nüvə başlıqlı raketlərə malik olduğunu elan edib.