12 May 08:22
1 932
Bu il Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbilə ölənlərin sayı 190-a çatıb.
Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) açıqlama verib.
Açıqlamada, Lassa qızdırmasının ölkənin müxtəlif ştatlarında yayılmağa davam etdiyi bildirilir.
Məlumata görə, yanvar ayından bəri Lassa qızdırmasından ölənlərin sayının 190-a çatıb.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan etdi.
Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində rast gəlinən Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyada ölkənin şimal-şərqindəki Borno əyalətində aşkar edilmişdir.
13:30
511
11:39
721
10:29
973