09:14
560
ABŞ Prezidenti Donald Tramp 12 may çərşənbə axşamı günü Çinə yola düşəcək. Pekində onun Çin prezidenti Si Cinpin ilə görüşü planlaşdırılır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Amerika lideri iqamətgahını Şərq sahili vaxtı ilə saat 13:40-da tərk edəcək. Oradan "Endryus" bazasına, daha sonra isə Alyaskada yanacaq doldurmaqla Çinə uçacaq. Onun Pekinə çərşənbə günü, 13 mayda çatacağı gözlənilir. Si Cinpin ilə görüşləri isə cümə axşamı və cümə günlərinə planlaşdırılıb.
Məryəm Quliyeva