İran ABŞ-ın hücumuna "90% zənginləşdirmə" ilə cavab verə bilər​​​​​​​ Dünya

İran ABŞ-ın hücumuna "90% zənginləşdirmə" ilə cavab verə bilər​​​​​​​

İran parlamenti, ABŞ və İsrailin təkrar hücumu halında uranın zənginləşdirilməsi səviyyəsinin 90%-ə çatdırılması məsələsini müzakirə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rezai bildirib.

"Təkrar hücum halında İran üçün variantlardan biri uranın 90 faizə qədər zənginləşdirilməsi ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik", — deyə o, öz "X" hesabında yazıb.

Məryəm Quliyeva