11:04
686
İran məhkəmə sistemi Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərən “Ənsar əl-Furqan” qrupunun üzvü Əbdülcəlil Şahbəxşin edam edildiyini açıqlayıb.
APA-nın Tehran bürosunun xəbərinə görə, Şahbəxş silahlı hücum, polis məntəqələrinə qarşı əməliyyatlar və terror qrupuna üzvlük ittihamları ilə İnqilab Məhkəməsində mühakimə olunub.
Onun barəsində çıxarılan edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında icra edilib.