10:45
469
Vaşinqton dairə məhkəməsi BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Alvanezeyə qarşı tətbiq edilən ABŞ sanksiyalarının qüvvəsini dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Dövlət Departamenti sanksiyaların tətbiqi barədə qərarı 2025-ci ilin iyulunda qəbul etmişdi. Məhdudiyyətlərə səbəb kimi İsrail və ABŞ tərəfindən Alvanezeyə qarşı irəli sürülən antisemit mövqelər yaymaq və terror təşkilatlarını dəstəkləmək ittihamları göstərilmişdi.
Dairə məhkəməsi iş üzrə sənədləri araşdırdıqdan sonra belə qənaətə gəlib ki, sanksiyalar Alvanezenin İsrailin Qəzza zolağındakı siyasətini tənqid etməsinə görə tətbiq edilib və bu, ABŞ Konstitusiyasına edilən Birinci düzəlişə uyğun olaraq onun söz azadlığı hüququnun pozulmasıdır.
Məryəm Quliyeva