“Bavariya”nın baş məşqçisi huşunu itirib, helikopterlə xəstəxanaya çatdırılıb
XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur
14 May 13:09
2 779
İsrail Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) polis ilə birgə keçirdiyi əməliyyat nəticəsində İran strukturlarına işləməkdə şübhəli bilinən Tira şəhər sakini, ölkə vətəndaşı Əhməd Favaz Abd əl-Əziz Daası həbs edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
"ŞABAK və polisin araşdırması göstərib ki, Daas İsrail dövlətinin müharibə şəraitində olduğu bir vaxtda düşmən ünsürlərlə əlaqə saxlayıb. Bu qarşılıqlı fəaliyyət çərçivəsində təqsirləndirilən şəxs hərbi obyektlərin və digər strateji nöqtələrin koordinatlarını və fotoşəkillərini göndərib. Bu məlumatlar dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinə real zərər vura bilərdi.
İstintaq başa çatdıqdan sonra Mərkəzi Dairənin prokurorluğu tərəfindən məhkəməyə ciddi ittihamnamə təqdim edilib", — deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Məryəm Quliyeva