Tramp administrasiyası 2 minə yaxın diplomatı işdən çıxarıb Dünya

Tramp administrasiyası 2 minə yaxın diplomatı işdən çıxarıb

ABŞ prezidenti Donald Trampın hazırkı administrasiyasının fəaliyyəti çərçivəsində son bir il ərzində 2 minə yaxın yüksək rütbəli və sıravi amerikalı diplomat işdən çıxarılıb və ya təqaüdə çıxmağa məcbur edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müxbirlərin həmsöhbət olduğu bir çox diplomat bu barədə açıq danışmaqdan imtina edib. Öz fikirlərini ictimailəşdirənlərdən biri Kelli Adams-Smit olub. O, diplomatik xidmətdəki təxminən 30 illik fəaliyyətdən sonra, 2024-cü ildə ABŞ-ın Moldovadakı gələcək səfiri vəzifəsinə təsdiqlənmişdi, lakin 2025-ci ilin fevralında Tramp administrasiyası onun bu təyinatını ləğv etdi. "NBC News" dəqiqləşdirir ki, Adams-Smitə ABŞ Dövlət Departamentinin strukturunda başqa heç bir uyğun vəzifə təklif olunmayıb və bundan sonra o, işdən çıxmaq məcburiyyətində qalıb. Üstəlik, onun diplomat olan həyat yoldaşı da xidməti tərk edib.

Telekanal qeyd edib ki, Dövlət Departamenti işdən çıxarılan əməkdaşlar barədə məlumat verməkdən imtina edib. "NBC News" əlavə edib ki, hazırda baş verən ixtisarlar və məcburi təqaüd dalğası səbəbindən ABŞ-da kəskin diplomatik kadr çatışmazlığı hiss olunur. Belə ki, Avropada 33 ölkədə ABŞ səfiri mövcud olduğu halda, 17 mövqe hələ də vakantdır. Afrikada hazırda 41 ölkədə, Asiya və Okeaniyada 23 ölkədə, Şimali və Cənubi Amerikada isə 17 ölkədə ABŞ səfiri yoxdur.

Məryəm Quliyeva