14:24
798
ABŞ-ın dövlət katibi Marko Rubio Rusiyanın Ukraynaya müdaxiləsini strateji səhv adlandırıb. Rubionun sözlərinə görə, dünyada artıq heç kim Kremlin müharibədəki hədəflərinə çata bilməyəcəyinə şübhə etmir.
Xalqcebhesi.az xəbər verir ki, Rubio bu fikri iyunun 3-də ABŞ Konqresinin Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı səsləndirib.
"Rusiya müharibənin ilk günü bəyan etdiyi hədəflərinə qətiyyən nail olmayacaq. Və Rusiya hazırda danışıqlarda tələb etdiyi məqsədlərə heç vaxt hərbi yolla çatmayacaq. Dünyadakı bir çox müşahidəçi və hətta Rusiyanın daxilindəki bəzi insanlar Ukraynaya müdaxilənin Rusiya üçün strateji bir fəlakətə çevrildiyinə şübhə etmirlər. Bizim fikrimizcə, bu müharibənin hərbi həlli yoxdur, o, danışıqlar yolu ilə başa çatmalıdır", — deyə dövlət katibi vurğulayıb.
ABŞ-ın dövlət katibi həmçinin əlavə edib ki, son bir ay ərzində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uğurlar qazanıb:
"Ruslar 5000 insan itirirlər. Söhbət yaralılardan yox, məhz həlak olanlardan gedir. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bu, tarixdə Rusiya tərəfindən ölüm səviyyəsinin yaralanma səviyyəsindən daha yüksək olduğu ilk münaqişələrdən biridir. Ukraynalılar nəinki cəsarətlə vuruşurlar, onlar həm də effektiv şəkildə döyüşürlər".
Məryəm Quliyeva