ABŞ və İran gələn həftə nizamlanma memorandumunu imzalaya bilər
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir
12:52
966
Çin Xarici İşlər Nazirliyi cümə günü ABŞ vətəndaşı Vu Min Zin-in həbs olunduğunu təsdiqləyib və amerikalının casusluqda, həmçinin Çinin milli təhlükəsizliyinə təhdid yaratmaqda şübhəli bilindiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi Lin Szyan keçirdiyi müntəzəm mətbuat brifinqində "The New York Times" qəzetinin keçən həftə Min Zin-in Çinin cənub-qərbindəki Kunmin şəhərində yoxa çıxması barədə yaydığı xəbərə dair sualı cavablandırarkən bildirib ki, Çin rəhbərliyi həbslə bağlı ABŞ-nin ölkənin cənubundakı Quançjou şəhərində yerləşən baş konsulluğunu məlumatlandırıb.
Məryəm Quliyeva