14:05
735
Vaşinqton və Tehran münaqişənin nizamlanmasına dair memorandumu gələn həftənin əvvəlində imzalaya bilərlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
"Bloomberg" agentliyinin məlumatına görə isə imzalama mərasimi Fransada G7 sammitinin keçiriləcəyi günlərdə — iyunun 15-dən 17-dək baş tuta bilər.
Sammit Fransanın Alplar bölgəsində, İsveçrə ilə sərhədin yaxınlığındakı Evian şəhərində keçiriləcək. Tərəflər Cenevrəni memorandumun imzalana biləcəyi mümkün məkanlardan biri kimi nəzərdən keçirirlər.
Məryəm Quliyeva