İran-ABŞ memorandumunun nüvə bəndi: 60 günlük dialoq və şərtlər​​​​​​​ Gündəm

İran-ABŞ memorandumunun nüvə bəndi: 60 günlük dialoq və şərtlər​​​​​​​

İran hakimiyyəti ABŞ ilə nüvə proqramı məsələsində danışıqlara başlamaq üçün dondurulmuş aktivlərindən 12 milyard dolların sərbəst buraxılmasını, dəniz blokadasının qaldırılmasını və neft satışına tətbiq edilən sanksiyaların dayandırılmasını tələb edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi Tehran və Vaşinqtonun memorandum layihəsinə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, İran və ABŞ 60 gün ərzində nüvə mövzusunda danışıqlar aparacaq və bunun yekununda saziş bağlayacaqlar. Lakin nüvə dialoqu başlamazdan əvvəl Amerika tərəfi İran neftinin və neft məhsullarının satışına qoyulan sanksiyaların fəaliyyətini dayandırmağı, elə başlanğıcda dondurulmuş aktivlərdən 12 milyard dolları sərbəst buraxmağı və dəniz blokadasını tamamilə götürməyi öhdəsinə götürür.

Memorandum layihəsinə əsasən, tərəflər bu 60 gün ərzində bütün ilkin və sonrakı (birləşmiş) sanksiyaların ləğvini, həmçinin BMT Təhlükəsizlik Şurasının və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Rəhbərlər Şurasının qətnamələrinin ləğvini nəzərdə tutan yekun razılaşmaya nail olmalıdırlar. Bu müddət ərzində ABŞ İranın xaricdəki xarici aktivlərindən daha 12 milyard dolları dondurmaqdan azad etməyə borclu olacaq.

Məryəm Quliyeva