Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib
Ukraynanın üç regionunda elektrik enerjisinin kəsilməsi qeydə alınıb
ABŞ-nin İrana yeni zərbələri qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
12 İyun 14:14
2 569
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Cavid