Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
ABŞ və İran gələn həftə nizamlanma memorandumunu imzalaya bilər
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir
13:08
861
Çin qanunsuz birtərəfli sanksiyalara qarşı çıxır, öz şirkətlərinin və vətəndaşlarının müdafiəsi üçün tədbirlər görəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan keçirdiyi brifinqdə ABŞ-nin Çin şirkətlərinə qarşı İrana guya silah tədarük etdikləri səbəbindən tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.
"Çin dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqi əsası olmayan və BMT Təhlükəsizlik Şurasının təsdiqini almamış qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır", — deyə o qeyd edib.
Diplomat həmçinin vurğulayıb ki, Pekin "öz müəssisələrinin və vətəndaşlarının qanuni hüquq və mənafelərini qətiyyətlə qorumaq üçün lazımi tədbirləri görəcək".
Məryəm Quliyeva