Əraqçi: Qətər və Pakistan sayəsində İran bir neçə məsələni həll etməyə nail olub Dünya

Əraqçi: Qətər və Pakistan sayəsində İran bir neçə məsələni həll etməyə nail olub

Tehran İsveçrənin Bürgenştok şəhərində aparılan müzakirələr zamanı Qətər və Pakistanın köməkliyi ilə neft ixracı və İranın aktivlərinin dondurulmaqdan çıxarılması da daxil olmaqla, bir neçə məsələnin həllini razılaşdırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

"Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri sayəsində Livanda müharibənin dayandırılması işində əhəmiyyətli irəliləyişə nail olmaq mümkün olub. Neft və neft-kimya məhsullarının ixracına qoyulan rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, bəzi dondurulmuş aktivlər sərbəst buraxılıb, həmçinin İranın bərpası və inkişafına dair genişmiqyaslı plan işə salınıb", — deyə Əraqçi "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva