BMT Fars körfəzində gəmilərin təxliyəsinə başlayır​​​​​​​ Gündəm

BMT Fars körfəzində gəmilərin təxliyəsinə başlayır​​​​​​​

BMT hərbi əməliyyatlar səbəbindən Fars körfəzində sıxışıb qalmış yüzlərlə xarici gəminin və minlərlə dənizçinin təxliyəsi üçün irimiqyaslı əməliyyata başlayır. Beynəlxalq Dəniz Təşkilatı (BDT) hərəkətin bərpası üçün artıq regionun əsas oyunçularından lazımi təhlükəsizlik zəmanətlərini alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayır.

Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, körfəzdə 600 gəmi qalıb. Bu, ABŞ və İsrailin İrana qarşı müharibəsinin nəticəsidir, çünki blokada üç aydan çox davam edib.

Gəmilərin göyərtəsində 11 min heyət üzvü var. IMO-nun Baş katibi Arsenio Dominqes bildirib ki, dənizçilər "aylarla çətinlik və əziyyət" çəkiblər.

Təxliyə planı artıq qüvvədədir və BMT Agentliyi gəmi kapitanları ilə əlaqə saxlamağa başlayıb. Əməliyyat ABŞ, Oman və İranla birgə həyata keçirilir.

"Biz bu əməliyyatları dəstəkləmək üçün lazımi təhlükəsizlik təminatlarını əldə etmişik və təhlükəsiz gəmiçilik şərtlərini dərindən yoxlamışıq", - deyə Dominqes vurğulayıb.

Oman Müdafiə Nazirliyi artıq xüsusi dəhliz müəyyən edib. Gəmilər bu ölkənin sahili boyu hərəkət etməlidir. ABŞ hərbçiləri artıq bir neçə həftədir ki, bu sahələrdə hərəkəti koordinasiya edirlər.

Məryəm Quliyeva