Tramp İran qətnaməsinə görə Senatı tənqid edib Gündəm

Tramp İran qətnaməsinə görə Senatı tənqid edib

ABŞ Prezidenti Donald Tramp Tehrana qarşı hərbi əməliyyatların dayandırılması haqqında qətnamə qəbul etdiyinə görə Senatı kəskin tənqid edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Beləliklə, İran mənim tələmdədir, çökməyə hazırdır, demək olar ki, hər şeylə razılaşır və onilliklər ərzində ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına və onun prezidentinə lənətə gəlmiş bir hörmət nümayiş etdirir. ABŞ Senatı isə tamamilə yanlış zamanda və heç bir məna kəsb etmədən Müharibə Səlahiyyətləri Aktı üzrə səsvermə keçirmək qərarına gəlir; bununla da dünyada terrorun əsas sponsoruna Ştatların mənim onlarla etdiklərimi bəyənmədiyini və dayanmalı olduğumu xəbər verir, beləliklə də düşmənə kömək və təsəlli edir.

Dörd respublikaçı uğursuz demokratlarla birlikdə səs verdi və İran mənim adamlarımdan soruşdu: "Bütün bunlar nə deməkdir?" Bu senatorlar indicə mənim işimi çətinləşdirdilər, lakin mən nəyin bahasına olursa-olsun bu işin öhdəsindən gələcəyəm, çünki mən həmişə bunu bacarıram!", — deyə Tramp bəyan edib.

Məryəm Quliyeva