12:16
742
İran Fars körfəzi ölkələrinə heç bir zərbə endirməyib, hücumlar yalnız regiondakı ABŞ hərbi bazalarına qarşı yönəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinqdə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.
"Biz regiondakı heç bir ölkəyə hücum etməmişik, İranın hücumları yalnız ABŞ-nin regiondakı mövqelərinə yönəlmişdi", — deyə Bəqai qeyd edib. O xatırladıb ki, Tehran "region ölkələrindən ABŞ-nin öz ərazilərindən İrana təcavüz etmək üçün istifadəsinə icazə verməmələrini dəfələrlə xahiş edib".
Məryəm Quliyeva