12:22
693
İran Hörmüz boğazının İslam Respublikasının təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilməsinə yol verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinqdə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.
"Biz Hörmüz boğazının İranın milli təhlükəsizliyini təhdid edən bir məkana çevrilməsinə icazə verməyəcəyik", — deyə Bəqai qeyd edib. O əlavə edib ki, "ABŞ-nin ticarət gəmilərini hərbi müşayiətlə təmin etmək barədə bəyanatı Vaşinqtonun regionda qeyri-sabitliyi qoruyub saxlamaq barədə israrlı istəyini təsdiqləyir".
Məryəm Quliyeva