09:10
994
Rusiya HHM vasitələri gecə ərzində Rusiya regionları, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində Ukraynaya məxsus 209 PUA-nı ələ keçirib və məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Gecə ərzində növbətçi HHM vasitələri tərəfindən Belyorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Rostov, Ryazan vilayətlərinin, Moskva regionunun, Krasnodar və Stavropol diyarlarının, Krım Respublikasının ərazisi, habelə Azov və Qara dəniz akvatoriyaları üzərində Ukraynanın təyyarə tipli 209 pilotsuz uçuş aparatı ələ keçirilib və Məhv edilib", — deyə nazirlikdən bildirilib.
Məryəm Quliyeva