07:39
812
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin xüsusi bölməsi) ABŞ-nin Küveytdəki iki bazasına və bir hərbi düşərgəsinə zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, Press TV-nin verdiyi məlumata görə, İran ordusu kamikaze dronlarının Küveytdəki "Arifcan" hava bazasındakı inzibati binalara və radio istiqamət təyinetmə antenalarına, "Əl-Udəyri" düşərgəsindəki helikopter eniş meydançasına və "Əhməd Əl-Cabir" hava bazasındakı hərbi yaşayış binasına hücum etdiyini açıqlayıb.
Məryəm Quliyeva