ABŞ Silahlı Qüvvələri İrana növbəti zərbələr dalğasını başa çatdırıb Gündəm

ABŞ Silahlı Qüvvələri İrana növbəti zərbələr dalğasını başa çatdırıb

ABŞ hərbçiləri İran ərazisinə növbəti zərbələr mərhələsini yekunlaşdırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

"Mərkəzi Komandanlıq İrana qarşı növbəti zərbələr raundunu başa çatdırdı. ABŞ Silahlı Qüvvələri İranın komanda mərkəzlərini, Hərbi Dəniz Qüvvələrinin vasitələrini, raket və dron buraxılış meydançalarını, eləcə də HHM (hava hücumundan müdafiə) sistemlərini vurub", — deyə "X" sosial şəbəkəsindəki paylaşımda bildirilir.

Məryəm Quliyeva