09:41
1 001
Türkmən nümayəndə heyəti Türkiyə Respublikası Miqrasiya İdarəsi Rəhbərliyinə təyin olunması münasibətilə cənab Muhammet Selami Yazıcını ofisində ziyarət edib; ona yeni vəzifəsində uğurlar arzulayıb.
Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci xalqcebhesi.az-a deyib ki, ziyarət zamanı Türkiyədə yaşayan suriyalı vətəndaşların – xüsusilə də türkmən icmasının – Miqrasiya İdarəsi ilə əlaqəli məsələlərdə qarşılaşdıqları problemləri, müraciətləri və gözləntiləri ətraflı müzakirə etmək imkanı əldə etdik:
"Rəhbərin göstərdiyi səmimi maraq və humanitar yanaşma, eləcə də qaldırdığımız məsələlərin həllinə dair konstruktiv mövqeyi bizi çox məmnun etdi və ruhlandırdı. Suriyalı qardaş və bacılarımızı maraqlandıran bir çox məsələ ilə bağlı yaxın gələcəkdə müsbət irəliləyişlərin olacağına tam əminik.
Səmimi qəbul və göstərdiyi yaxından diqqətə görə ona təşəkkür edir, ona vəzifəsində böyük uğurlar arzulayırıq".
Cavid