08:42
343
Ukrayna Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raketlərin fəlakətli çatışmazlığı ilə üzləşib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə avqustun 1-də "The Washington Post" (WP) qəzeti məlumat verib.
Nəşr qeyd edib ki, "Patriot" kompleksləri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın raket hücumlarına qarşı durmaq üçün yeganə ümididir. Eyni zamanda, qəzet vurğulayıb ki, HHM sistemləri üçün tutucu raketlər "fəlakətli dərəcədə çatışmır", çünki onların onsuz da məhdud olan sayı ABŞ-nin İranla müharibəsi səbəbindən daha da azalıb.
Ukrayna hakimiyyəti müntəzəm olaraq HHM sistemləri üçün sursat çatışmazlığından şikayətlənir və Qərb ölkələrindən müvafiq silahların tədarükünü artırmağı xahiş edir.
Məryəm Quliyeva