"Danışıqların heç bir effekti olmayacaq" Dünya

"Danışıqların heç bir effekti olmayacaq"

ABŞ və İran arasında bu günə planlaşdırılan danışıqlar elə danışıqlar xətrinə aparılacaq, tərəflər arasında heç bir razılaşma əldə olunmayacaq

Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bu gün keçiriləcəyini açıqlayıb.

Bununla bağlı xarici KİV məlumat yayıb.

“Biz onlarla dialoq aparacağıq və bu, danışıqlar yolu ilə olacaq. Görüşlər avqustun 3-ü günortadan sonra başlayacaq. Ümid edirəm ki, danışıqlar baş tutacaq. Bu, çox sayda insanın həyatını xilas edər və böyük itkilərin qarşısını alar”, - ABŞ lideri vurğulayıb.

Ekspert deyib ki, beş aydır davam edən ABŞ İran müharibəsi heç vaxt İranın şərtlərinin qəbulu ilə bilməz: "ABŞ İranı tam olmasa da, müəyyən mənada ram etmək niyyətindədir, bunun üçün hər gün milyonlarla dollarlıq bir hücum həyata keçirib. İndi asanlıqla İranın şərtlərini qəbul edərək müharibəni bitirməz. Eyni zamanda burada İsrailin maraqlarını da nəzərə almalıdır. Fikrimcə, müharibə müəyyən müddət təxirə salına bilər, amma tam bitməyəcək İran nüvə, Hörmüzə nəzarət mısələsində geri addım atmayacaq. Bu da ABŞ-nin maraqlarına ziddir".

Cavid