08:55
350
Meksika hərbçiləri "Los Reyes" kartelinin ehtimal edilən lideri, "Ponço" ləqəbi ilə tanınan Alfonso Fernandes Maqalyonu saxlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Noticias Telemundo" telekanalı məlumat verib.
Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuç bildirib ki, ABŞ hakimiyyəti onun haqqında məlumata görə 5 milyon dollar mükafat təklif edirdi.
Meksika hakimiyyətinin məlumatına görə, Fernandes Maqalyon ölkədə qanunsuz azadlıqdan məhrum etmə və iğtişaşların təşkili ittihamları ilə axtarışda idi. ABŞ isə onu narkotik vasitələrin istehsalı və yayılması məqsədilə əlbir olmaqda şübhəli bilir.
Həbsdən sonra qruplaşma üzvləri kartelin fəaliyyət göstərdiyi Miçoakan ştatının bir neçə rayonunda yolları bağlayıb və avtomobilləri yandırıblar. Hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu bəyan ediblər.
"Los Reyes" narkotik alveri və hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayətkar qruplaşmaların yüksək aktivliyinin saxlanıldığı, sakit okeana çıxışı olan və Meksikanın əsas kənd təsərrüfatı eksportu regionlarından biri sayılan Miçoakanda fəaliyyət gösterir. ABŞ-nin Meksikadakı səfiri Ronald Conson həbs qərarını alqışlayaraq bildirib ki, bu addım "cinayətkarların gizlənməyə yeri olmadığını" göstərir.
Məryəm Quliyeva