İsrail İrana zərbələrin ləğv olunduğunu Trampın paylaşımından öyrənib Dünya

İsrail İrana zərbələrin ləğv olunduğunu Trampın paylaşımından öyrənib

İsrail hakimiyyəti, o cümlədən Baş nazir Benyamin Netanyahu ABŞ ilə birgə İrana endiriləcək zərbələrin ləğv olunması barədə məlumatı Amerika lideri Donald Trampın "Truth Social" sosial şəbəkəsindəki paylaşımından öyrənib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat verib.

"Bir neçə saat ərzində məlumatsız qaldıq. Prezident Tramp bizi qeyri-müəyyənlikdə saxladı. Yüksəksəviyyəli rəsmi şəxslər baş verənlər haqqında məlumatı Trampın sosial şəbəkələrindən alırdılar", — deyə İsrail rəsmisi bildirib.

Qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da Trampın paylaşımı yayımlanana qədər zərbələrin ləğv olunmasından xəbərsiz olub.

Məryəm Quliyeva