Qırğızıstanın Çinə olan borcu azaldı Dünya

Qırğızıstanın Çinə olan borcu azaldı

Qırğızıstanın Çinə olan borcu təxminən 1,7 milyard dollardan 1,4 milyard dollara endirilib.

Bu barədə Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev yerli mediaya bildirib.

Hökumət başçısının sözlərinə görə, son illərdə Qırğızıstan Çindən yeni kreditlər cəlb etməyib, əvvəllər alınan kreditlər tədricən geri qaytarılır.

Adılbek Kasımalıyev əlavə edib ki, hazırda Qırğızıstanın xarici borcunun 20 faizindən bir qədər çox hissəsi Çinin payına düşür.