Hesablama Palatası: ARDNF-nin karbohidrogenlərin satışından xalis gəlirləri 3 il ardıcıl azalıb İqtisadiyyat

Hesablama Palatası: ARDNF-nin karbohidrogenlərin satışından xalis gəlirləri 3 il ardıcıl azalıb

2025-ci ildə Dövlət Neft Fonduna Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından daxil olan xalis gəlirlər azalıb.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Sənədə əsasən hesabat ili üzrə həmin mənbədən daxilolmalar 9 497,0 mln. manat və ya 5 586,5 mln. ABŞ dolları təşkil edib. Bu da Fondun təsdiqlənən büdcə göstəricisi ilə müqayisədə 300,2 mln. manat və ya 3,1 faiz azdır.

Qeyd edək ki, karbohidrogen gəlirləri üzrə daxilolmaların həcmi 2022-ci ildə 19 698,9 mln. manat, 2023-cü ildə 14 519,0 mln. manat, 2024-cü ildə isə 11 461,4 mln. manat təşkil edib. Nəticə etibarilə 2022-2025-ci illər ərzində daxilolmalar üzrə ardıcıl azalma müşahidə olunub.