12:38
623
Çin hökuməti ABŞ-nin "məcburi əmək" ittihamı ilə tətbiq etdiyi sanksiyalara cavab olaraq bu ölkənin altı təşkilatına qarşı məhdudiyyətlər qoyub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat verib.
Çin idarəsinin saytında dəqiqləşdirildiyi kimi, cavab tədbirləri "Applied DNA Sciences", "Stratum Reservoir", "Altana Technologies", "Responsible Business Alliance", "Verite Group" şirkətlərinə, həmçinin "Human Rights in China" təşkilatına şamil edilir. Bu qərar Xarici sanksiyalara qarşı mübarizə üzrə milli əlaqələndirmə mexanizminin təsdiqi ilə qəbul olunub.
Məryəm Quliyeva