13:33
434
Hörmüz boğazında gəmi hücuma məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) istinadən məlumat yayıb.
Mənbəyə istinad edən koordinasiya mərkəzinin məlumatına görə, gəmi sentyabrın 14-də mərmi ilə vurulub. Xəsarət alanlar və ya ətraf mühitə dəyən zərər barədə məlumat yoxdur.
Gəminin adı və qeydiyyatda olduğu liman dəqiqləşdirilmir.
Məryəm Quliyeva