Zelenski: "Tramp Ukraynaya "Patriot" raketlərinin istehsal lisenziyasını verəcək" Gündəm

Zelenski: "Tramp Ukraynaya "Patriot" raketlərinin istehsal lisenziyasını verəcək"

Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla son görüşündə onun Kiyevə "Patriot" HHM kompleksləri üçün raketlərin istehsalı lisenziyasının verilməsi barədə yekun qərarı açıqladığını iddia edir.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Novosti. Live" nəşri sitat gətirir.

"Konkret razılaşmalar var. Prezident Tramp mənimlə son görüşündə vurğuladı ki, bəli, mən yekun qərarı verdim, Ukrayna "Patriot" raketlərinin istehsalı üçün lisenziyaları alacaq", - deyə Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Zelenski raketlərin məhz hansı modifikasiyasından söhbət getdiyini dəqiqləşdirməyib. Bundan əvvəl Tramp müzakirələrin bu növ sursatların köhnəlmiş variantlarına aid olduğunu bəyan etmişdi.

Məryəm Quliyeva