12:43
637
İspaniya Kralı VI Felipe həyat yoldaşı Letisiya ilə birgə iyulun sonlarında miqrasiya böhranından əziyyət çəkən Seutaya səfər edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
Məlumata görə, bu şəhərə, eləcə də Melilyaya səfər oktyabrın 13-ü və 14-nə planlaşdırılıb.
VI Felipe taxta 2014-cü ildə çıxıb. "RTVE" teleradioşirkətinin verdiyi xəbərə görə, İspaniya monarxı sonuncu dəfə Seuta və Melilyaya rəsmi səfərini 2007-ci ildə, hazırkı dövlət başçısının atası Xuan Karlos I kral olduğu zaman edib. O vaxt bu səfər İspaniya ilə Mərakeş arasında diplomatik böhrana səbəb olmuşdu. Belə ki, Rabat Madriddəki səfirini geri çağırmış, diplomat yalnız 65 gündən sonra geri qayıtmışdı.
Məryəm Quliyeva