Tramp İrana qarşı sərt xəbərdarlıq etdi: "Ya saziş, ya da zərbələr" Dünya

Tramp İrana qarşı sərt xəbərdarlıq etdi: "Ya saziş, ya da zərbələr"

ABŞ tezliklə İrana hücumların bərpası və ya onunla razılığa gəlməsi barədə qərar verəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evdə jurnalistlər ondan Vaşinqtonun Tehranla necə razılığa gələcəyini soruşublar. "Bəlkə də onları partladacağıq. Biz bu qərarı verməliyik. Ya onları partladacağıq, ya da saziş bağlayacağıq. Lakin vaxt bitir. Hər halda, hər şey çox yaxında başa çatacaq", - deyə dövlət başçısı cavab verib.

Məryəm Quliyeva